Sosial iqtisadiyyat

Vüsal Qasımlı: “İnflyasiya Azərbaycan iqtisadiyyat üçün çox təhlükəli xəstəlikdir və cilovlanmalıdır”

İnflyasiya Azərbaycan iqtisadiyyat üçün çox təhlükəli xəstəlikdir və cilovlanmalıdır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı özünün rəhbərlik etdiyi qurumun, eləcə də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin və Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“AMB-nin uçot dərəcəsi ilə bağlı qərarları bazara müsbət təsir edir. Qurum faizləri artırmaqla inflyasiyanın cilovlanması ilə bağlı siqnal verir. AMB-nin müəyyən etdiyi koridor kommersiya banklarına əlavə imkanlar yaradır. Hazırda likvidlik imkanları normadan iki dəfə artıqdır. Bizim proqnozumuz budur ki, bank sektorunda sürətli artım olacaq”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)