Axtar

Azərbaycanda 10 hakimin səlahiyyətlərinə xitam verilib

Cari ildə 65 minədək bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.

Bu barədə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda dərc edilən məqaləsində qeyd edilib.

Onlardan 2.500-dən artıq aktın qanunamüvafiq olmadığı müəyyən edilərək ləğv edilib və ya dəyişdirilib. 11 min hektara yaxın qanunsuz verilmiş torpaq sahələri geri qaytarılıb.

Eyni zamanda son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərək rəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılıb, 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilib, 40 nəfər isə təyinat ərəfəsindədir. Məhkəmə-Hüquq Şurası tərəfindən 300-dən çox hakimin işi qiymətləndirilib, 30 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilib, onlardan 10 hakimin səlahiyyətlərinə artıq xitam verilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33