Ə.Məmmədov: Banklarla problem həll olundu
Elektron qaydada vergidə qeydiyyatdan keçən şəxslərlə bağlı yaranan problem həll olunub.
"BI" xəbər verir ki, Vergilər Nazirliyi Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, banklarla danışıqlar aparılıb və nəticə müsbətdir.
Qeyd edək ki, elektron qaydada vergidən qeydiyyatdan keçən şəxslərlə bağlı onlayn rejimdə göndərilən informasiyaları banklar qəbul etmirdilər. Səbəb olaraq, mövcud qanunvericiliklə həmin sənədlərin kağız formasını tələb edirdilər.
Ə.Məmmədovun sözlərinə görə, banklar elektron qaydada verilən informasiya əsasında bank hesablarının açılmasını həyata keçirəcək. Eyni zamanda artıq notarius xidmətləri və digər dövlət qurumları da electron qaydada ötürülən informasiyaları rəsmi məlumatlar kimi qəbul edəcək.