Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
![](https://ena.az/uploads/news/2022-11/_ena_2af77e19dda5e4293b12181c7_o.jpg)
Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantz Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qantz Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.