İlham Əliyevlə Paşinyanın 1,5 saatlıq görüşü - FOTO
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_25b28b564fe891a7511b83ead_o.jpg)
Davos Dünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
"BI" xəbər verir ki, görüş 1,5 saat davam edib.
İlham Əliyevlə Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıblar.