Parlamentin iclasının gündəliyi dəyişdi
Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.
ENA.az-ın məlumatına görə, gündəliyə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar Milli Məclisin bəyanatı daxil edilib.
Qeyd edək ki, bununla da Milli Məclisin plenar iclasında müzakirə olunacaq məsələlərin sayı 19-a çatdırılıb.