Sosial iqtisadiyyat

Nazir:“Xarici ticarət balansının müsbət saldosu 23 milyard dollara çatıb”

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu, illik müqayisədə 3,1 dəfə çoxdur.

“Ölkə prezidentinin uzaqgörən siyasəti Azərbaycanı bölgə və Avropa üçün dayanıqlı enerji təchizatçısına çevirib, ölkəmizə əhəmiyyətli üstünlüklər, o cümlədən siyasi fiskal iqtisadi dividentlər gətirib. Bu, xüsusilə Cənub Qaz Dəhlizi ilə Gürcüstana, Türkiyəyə və Avropaya “Şahdəniz” qaz yatağından artan həcmlə hasil olunan qazın çatdırılması ilə bağlıdır. Dövlət başçısının tapşırığı ilə ölkəmizin dəyişən dünyada dayanıqlı enerji təchizatçısı rolunun artırılması məqsədi ilə Energetika Nazirliyinin kordinasiyası ilə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjinin Avropa İttifaqına çatdırılması məqsədi ilə mühüm işlər həyata keçirilir. Bütün bu işlər ölkənin xarici ticarət balansında böyük müsbət saldo yaradır”, - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)