Prezident: "40 milyondan çox azərbaycanlı öz dilində təhsil almaq imkanından məhrumdur"
Prezident : 40 milyondan çox azərbaycanlı öz dilində təhsil almaq imkanından məhrumdur
ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil alma imkanı olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".