Vakansiyalar

Qartal Tikinti Firması işçi axtarır - MAAŞ 800-1000 AZN

Layihə koordinatoru

 Son tarix 10 dek 2022

Əmək haqqı: 800-1000 AZN

İş yeri: Sumqayıt şəhəri.

Tələblər:

  • Kompüter biliyi mükəmməl olmalı (Excell,Word, Outlook);
  • Ali təhsilli olması arzu olunandır;
  • İngilis dilini yaxşı bilməlidir;
  • İşində dəqiq və məsuliyyətli olmalıdır;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcəkdir;
  • Xanım namizədlərə üstünlük veriləcək.

İş haqqında məlumat:

  • Qiymət təkliflərinin, təhvil-aktlarının və müqavilələrin hazırlanması;
  • İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümələrin edilməsi;
  • Xarici şirkətlərlə yazışmaların və danışıqların aparılması;
  • Xarici bazardan satın alınacaq materialların araşdırılması;
  • Tender paketi üzrə təklif sənədlərinin ingilis və azərbaycan dillərində hazırlanması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • İş saatı 09:00-18:00;
  • İstirahət günü - Şənbə və Bazar günləri;
  • Nahar firma tərəfindən təmin edilir;
  • İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini hr@qartal.az e-mail adresinə, mövzu hissəsində “Layihə koordinatoru yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əlaqələndirici şəxs: Fidan Aşumova

Telefon: +994 50 283 00 69

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department