Türkiyə İndoneziyaya “Xan” ballistik raketləri verəcək
Türkiyənin hərbi-sənaye şirkəti “Roketsan” İndoneziya Müdafiə Nazirliyi ilə ölkəyə “Xan” ballistik raketlərinin tədarükü üçün müqavilə bağlayıb.
Saziş Cakartada “Indo Defense Expo & Forum” çərçivəsində imzalanıb.
Müqavilənin dəyəri və tədarükün həcmi açıqlanmayıb.