Bank

Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb

2–4 noyabr 2022-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Beynəlxalq Ticarət və Regional Banklar konfranslarını təşkil edib. Tədbirlərə Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Beynəlxalq Ticarət Konfransı təchizat zənciri, ticarətin rəqəmsallaşması, davamlılıq/ətraf mühit, sosial və korporativ idarəetmə, geosiyasət, tənzimləmə, komplayens, eləcə də beynəlxalq ticarətə və onun maliyyələşməsinə təsir edən digər aktual məsələləri diqqət mərkəzinə gətirib. Konfransda bank ekspertləri, müxtəlif hökumətlərin rəsmiləri, beynəlxalq ticarət və təchizat zəncirində iştirak edən digər qurumların nümayəndələri iştirak edirdi. 2022 Regional Banklar Konfransı isə bankları maraqlandıran mövzuları müzakirə etmək və iştirakçılar arasında fikir mübadiləsi aparmaq üçün keçirilib.

“Bu gün qlobal geosiyasi qeyri-müəyyənlik bütün dünyada bankları bir sıra çağırışlarla üz-üzə qoyur. Buna görə, o cümlədən Covıd-19 pandemiyasının yaratdığı çətinliklər səbəbindən banklar öz tənzimləmə və komplayens siyasətlərində əlavələr və dəyişiklər etməyə məcbur olublar. Konfransların məqsədi məhz bu kimi mövzuları müzakirə etmək, həmçinin beynəlxalq ticarətin və təchizat zəncirinin maliyyələşməsinin davamlı və dayanıqlı şəkildə təmin edilməsi üçün çıxış yolları tapmaq idi”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, BAFT Kapital Bank-ın 2017-ci ildən üzv olduğu Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumudur. Bank BAFT-ın təşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department