Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru sadələşdiriləcək
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı Vrrgilər Nazirliyi brifinq keçirdi.
"BI" xəbər verir ki, Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, bu islahat nəticəsində hüquqi şəxslər bir prosedurla onlayn dövlət qeydiyyatına alınacaq.
Qeydiyyat siatemi tam sadələşdirilib. Dövlət qeydiyyatının aparılması, ƏDV qeydiyyatı və bank hesabının açılması bir prodedurla yekunlaşacaq.
Bu zaman "Asan İmza"ya ehtiyac olmayacaq və qeydiyyat üçün müraciət də tələb edilmir. Nəticədə biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfra edir.
Bütün informasiyalar vahid mərkəzdə toplanır və istifadəçi MMC-ni 20 dəqiqə ərzində qeydiyyata ala bilir. Bunun üçün elektron imza olmadan "İnternet Vergi İdarəsi"nə daxil olaraq qeydiyyat siatemində FİN kodla identifikasiyadan keçəcəklər.
Qeydiyyat ərizəsinin məlumatları sistemə daxil edilməklə bir prosedurla təsdiqlənmə nəticəsində VÖEN verilmə prosesi yekunlaşır. Qeydiyyat məlumatları onlayn rejimdə digər dövlət qurumlarına və banklara göndərilir.