Sosial iqtisadiyyat

Gələn il əmək pensiyaları üzrə xərclər 650 milyon manat artırılır

Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Məlumata görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Növbəti il DSMF-nın xərclərindən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə 5 milyard 907,2 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 650,2 milyon manat çoxdur.

Qeyd edilib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Ümumilikdə, növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)