Marketinq və reklam

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarlar üçün yeni layihəyə start verib

 Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün “Biznesin incəlikləri” adlı layihəyə start verib.

ENA.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Xaçmaz şəhərində baş tutub. Təlimdə Bankın və Fondun əməkdaşları sahibkarları güzəştli kreditlərin verilməsi, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıblar.

Qeyd edək ki, layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib. Oktyabr – noyabr aylarında davam edəcək layihə çərçivəsində müxtəlif regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilməsi və onları maraqlandıran mövzular üzrə təlimlərin təşkil olunması nəzərdə tutulub.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebook, instagramlinkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department