Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirov prezident olmaq niyyətindədir.
"BI" rus KİV-nə istinadən xəbər verir ki, Nəsirov bu ilin mart ayında Ukraynada keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. Ukrayna Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə alıb. O, seçkilərə müstəqil namizəd kimi qatılacaq.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçiriləcək.
Xatırladaq ki, Azərbaycan əsilli Roman Nəsirov 1979-cu ildə Kiyevdə anadan olub. Atası Mikail Nəsir oğlu Nəsirov 1976-cu ildə Azərbaycandan Ukraynaya köçərək burda ailə qurub.
Hazırkı prezidentliyə namizəd 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılandan sonra 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.