AZE Project işçi axtarır - MAAŞ 1200 AZN
Partnyorlarla iş üzrə menecer
Son tarix 27 noy 2022
Öhdəliklər:
- Yerli və xarici partnyorlarla işin təşkili
- Partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;
- Tərəfdaş şirkətlərlə korporativ qaydalara uyğun yazışmalar;
- Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada partnyorlarla işin qurulması;
- Yeni tərəfdaşların axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması.
Namizəd üçün tələblər:
- Humanitar və ya iqtisadi sahədə ali təhsil (Beynəlxalq münasibətlər, Layihələrin idarə olunması, Beynəlxalq iqtisadi münasibətlər, İctimaiyyətlə əlaqələr, Biznes Administrasiyası, İdarəetmə kimi ixtisaslara üstünlük verilir)
- Araşdırma, analitik yazı, diplomatik və təqdimat bacarıqları
- Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq başqa avropa və şərq dillərini bilənlərə üstünlük veriləcək)
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya
- MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə
- Müvafiq və ya bənzər istiqamət üzrə iş təcrübəsi (minimum 6 ay)
- İş təcrübəsi olmayan namizədlər arasından təhsil səviyyəsinə (Avropa və ABŞ-da ali təhsil almış namizədlərə üstünlük verilməklə) görə seçim edilə bilər
- Nizam-intizamlı, gərgin iş rejimində işləmə bacarıqları
- 22-30 yaş arası namizədlərə üstünlük verilir
İş şəraiti və əmək haqqı:
- Ofis daxilində iş, xaricə səfərlər
- Əmək haqqı minimum 1200 AZN olmaqla namizədin iş təcrübəsi və şəxsi keyfiyyətlərinə görə müəyyən edilir.
Vakansiyaya uyğun namizədlərin öz CV-lərini hr@azeproject.com e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.