Gündəm

60 manat AZAL-ın xərcini ödəmir - Nazir müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı-Naxçıvan-Bakı reysi üçün təyyarə biletlərinin baha olması ilə bağlı məsələyə münasibət bildirib.

ENA.az xəbər verir ki, nazir müavini deyilənlərlə razılaşmayıb.

"Bu gün Bakıdan Naxçıvana 10-dan artıq uçuş yerinə yetirilir. Vətəndaşlar ödəniş üçün xərclədiklər 60 manata görə narazılıqlar edirlər. Lakin 60-70 manat AZAL-ın xərclərini ödənmir. Çünki xərclər bundan çoxdur", - R.Hümmətov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)