İş adamı Mənsimov 6 yeni gəmi alıb
Azərbaycan əsilli iş adamına məxsus olan və Türkiyədə fəaliyyətdə olan “Palmali” Şirkətlər Qrupu (“Palmali Holding” dənizçilik şirkəti) yeni tankerlər alıb.
ENA.az xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, iş adamı Mübariz Mənsimov gəmi alıb və donanmasına daxil edib.
Bildirilir ki, gəmilər yaxın vaxtlarda İstanbul limanlarına gətiriləcək və adları dəyişdiriləndən sonra yeni səfərlərinə çıxacaq.
Həmçinin əlavə edilib ki, holdinq yeni gəmilər ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin adlarını daşıyacaq.
“Palmali” Şirkətlər Qrupu 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupudur.