“Mercedes-Benz” Rusiyadan gedir
“Mercedes” Rusiyanı tərk edən üçüncü ən böyük avtomobil istehsalçısı olub. Konsern Moskva vilayətindəki zavodunu və əmlakını “Avtodom” şirkətlər qrupunun dilerinə satıb. Bildirilir ki, konsernin Rusiyadakı aktivləri təxminən 2 milyard avro dəyərində qiymətləndirilib.
ENA.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, “Mercedes-Benz” oktyabrın 26-sında səhər saatlarında bununla bağlı bəyanat verəcək. “Mercedes”dən əvvəl Rusiyanın avtomobil bazarını “Renault”, “Nissan” və “Toyota” tərk edib.