Axtar

Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 3.1 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1162.7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gələnlərin 26.6 faizi Rusiya Federasiyası, 19.6 faizi Türkiyə, 11 faizi İran, 7.4 faizi Səudiyyə Ərəbistanı, 4.8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3.1 faizi Hindistan, 2.3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.9 faizi Qazaxıstan, 1.8 faizi Ukrayna, 1.7 faizi İsrail, 1.6 faizi Küveyt, 1.5 faizi Özbəkistan, 1.4 faizi Oman, 1.1 faizi Böyük Britaniya, 11 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74.4 faizini kişilər, 25.6 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167.9 dəfə, Omandan – 130.8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan – 25.4 dəfə, Hindistandan – 16 dəfə, Qazaxıstandan – 5.7 dəfə, İsraildən – 5.5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5.2 dəfə, Bəhreyndən – 4.8 dəfə, ABŞ-dan – 3,4 dəfə, Almaniyadan – 2,9 dəfə, Fransadan – 2.7 dəfə, Böyük Britaniyadan – 2 dəfə, Türkiyədən – 1.7 dəfə, Ukraynadan – 1.7 dəfə, Rusiya Federasiyasından – 1.7 dəfə, İrandan – 1.6 dəfə, Gürcüstandan – 25.5 faiz artıb.

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3.1 dəfə artaraq 283.6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2.4 dəfə artaraq 55.8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1.9 dəfə artaraq 395.3 min nəfər olmuşdur.

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1110,8 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil etmişdir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33