Azərbaycan Türkiyədən sürücüsüz zirehli maşın alacaq
![](https://ena.az/uploads/news/2022-10/_ena_ea24c28df77eb34f54334afa4_o.jpg)
Türkiyə Azərbaycana “Barkan” markalı sürücüsüz zirehli maşın sata bilər.
ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkət olan HAVELSAN-ın rəhbəri Hacı Əli Mantar bildirib.
“Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Müzakirələrimiz davam edir”, - şirkət rəhbəri deyib.
Onun sözlərinə görə, hazırda “Barkan”dan ancaq Türkiyədə istifadə olunur.