MALİYYƏ

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ENA.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 12 faizdən 10,5 faizə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi bu il sentyabrında 13 faizdən 12 faizə endirilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)