"Toyota" və "Panasonic" birgə yeni şirkət yaradır
"Toyota" və "Panasonic" elektrikli avtomobillərə batareyaların istehsalı üçün birlikdə yeni şirkət yaradır.
""BI" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya nəhənglərinin ortaq şirkətində "Toyota" 51%, "Panasonic" isə 49% paya sahib olacaq.
Belə ki, iki şirkətin əməkdaşlığa başlamasının əsas səbəbi Çin şirkətləri ilə rəqabətdə önə çıxmaqdır.
"Mazda" və "Subaru" kimi yapon avtomobil istehsalçıları isə "Toyota" və "Panasonic"in əməkdaşlığından faydalana biləcəklkərini qeyd ediblər.
Qeyd edək ki, ortaqlıq sayəsində 2030-cu ilədək "Toyota"nın elektrik avtomobil satışını ildə 1 milyondan çox artıracağı, "Panasonic"in isə xərclərində avantaj yaradacağı deyilir. Həmçinin, "Tesla"nın elektrikli avtomobilləri üçün batareya tədarük edən "Panasonic" amerikan markasından asılılığını da azaltmış olacaq.