"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
Vəzifə: İT layihələrinin idarə edilməsi üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25 - 40 yaş
İşin Təsviri: İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması və idarə edilməsi.
Vəzifə öhdəlikləri:
- İnformasiya texnologiyaları layihələrinin planlarının hazırlanması, layihələrin gedişatına nəzarət edilməsi;
- Layihələndirilən informasiya sistemlərinin texniki şərtnamə sənədlərinin hazırlanması;
- Layihə rəhbərlərinin ona təhkim edilmiş layihələrlə əlaqədar tapşırıqların icra edilməsi;
- Layihə üzrə hesabatların mütəmadi hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Kiçik və ya orta həcmli layihələrdə layihə üzvü kimi təcrübənin olması;
- Layihə sənədlərinin hazırlanmasında təcrübənin olması;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.