Şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq
Bakıda şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq.
Bununla bağlı məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası və şəhərdaxili sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş zamanı bildirilib.
Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addım atılacaq.