"Exxon Mobil" Rusiyanı tamamilə tərk edib
Amerikanın "Exxon Mobil" şirkəti "Saxalin-1" PBS layihəsinin yeni operatorunun yaradılmasından sonra Rusiyanı tamamilə tərk edib.
ENA.az xəbər verir ki, bu barədə bazar ertəsi "İnterfaks"a şirkətin mətbuat xidmətindən bildiriblər.
"Biz ekspropriasiyadan sonra Rusiyanı tərk etdik. Bizim prioritetimiz həmişə "Saxalin-1"də işçiləri, ətraf mühiti və əməliyyatların bütövlüyünü qoruyan məsuliyyətli operator olmaq olub. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada "Saxalin-1"dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi", - deyə mətbuat xidmətindən bildirilib.