Sənaye

Azərbaycanın iqtisadi artım tempi zəifləyib

Azərbaycanda iqtisadi artım bir qədər də zəiflədi.

Bu barədə ENA.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

2022-ci ilin ilk 9 ayında (yanvar-sentyabr) ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 5.6% artıb. Bu, maya qədər 7.2%, iyula qədər 6.2%, avqusta qədər 5.8% təşkil edirdi.

Qeyd edilir ki, hesabat müddəti ərzində ölkə ərazisində 98 milyard 077.8 milyon manat həcmində ÜDM olub. O cümlədən qeyri neft-qaz 50 milyard 285.8 milyon manat olmaqla öncəki ildən 10.3 yuxarı təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-i illik müqayisədə 5.3% artaraq 8 440.1 manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)