Gündəm

“Avropanın zəifləməsi bizə sərf etmir”

“Rusiya Prezidenti Vladimir Putin Türkiyə-Rusiya qaz qovşağının yaradılması barədə təkliflə çxşı edib”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyə vasitəsilə əhəmiyyətli boru xətləri Avropa ölkələrinə çatır: “Biz Avropadakı enerji böhranının həll edilməsini istəyirik. Çünki Avropanın zəifləməsi bizə sərf etmir. Məsələn, taxıl ixracı ilə bağlı razılıq təkcə Avropanın yox, bütün dünyanın xeyrinədir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)