Qeyri-Bank

“Mastercard” Azərbaycanın da daxil olduğu regiona yeni vitse-prezident təyin edib

“Mastercard” beynəlxalq ödəniş sisteminin Şərqi Avropa regionu üzrə Marketinq və Kommunikasiyalar üzrə yeni vitse-prezidenti Yasemin Develioğlu təyin edilib.

Şirkətin açıqlamasına əsasən, Y.Develioğlu yeni vəzifəsində Türkiyə də daxil olmaqla Azərbaycan, Qazaxıstan, Gürcüstan, Belarus, Ermənistan, Moldova və Ukrayna əhatə edən Şərqi Avropa regionunun marketinq və kommunikasiya fəaliyyətlərinə cavabdeh olacaq.

Xatırladaq ki, Yasemin Develioğlu Boğaziçi Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib və London İqtisadiyyat Məktəbində marketinq sertifikatı proqramında iştirak edib. O, karyerasına 2004-cü ildə “Unilever Turkey”də başlayıb. O, 2012-2017-ci illər arasında “Coca Cola Türkiyə”də işləyib və bir çox uğurlu layihələrə imza atıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)