Hadisə

Azərbaycanla sərhəddə İran irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) yaxın günlərdə ölkənin şimalında, Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır.

ISNA xəbər verir ki, bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur məlumat verib.

Onun sözlərinə görə, təlimə regional Aşura qərargahı komandanlıq edəcək.

M.Pakpur bildirib ki, hərbi manevr təqvimə uyğun olaraq döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)