Sənaye

Putin: Türkiyədə qaz qovşağı yaradılarsa, həm də qazın qiymətini təyin etmək üçün platformaya çevrilə bilər

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib ki, Türkiyədə qaz qovşağı yaradılarsa, qazın qiymətinin müəyyən edilməsi, eləcə də Avropa ölkələrinə çatdırılması üçün platformaya çevrilə bilər.

“Dünən Enerji həftəsində sizin energetika naziriniz, “Botaş”ın rəhbəri ilə məsləhətləşmələrdən sonra biz “Qazprom”la razılaşdıq, mən bunu açıq şəkildə dedim, əgər Türkiyə və başqa ölkələrdəki potensial alıcılarımızda maraq olarsa, üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə satmaq üçün Türkiyə ərazisində qaz qovşağının və qaz kəməri sisteminin yaradılması layihəsinin tikintisini nəzərdən keçirə bilərik”, - deyə Putin Ərdoğanla görüşdə deyib. 

Putin əlavə edib: “Birlikdə yarada biləcəyimiz bu qovşağın işi zamanı, əlbəttə ki, o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyən edilməsi üçün platforma olacaq, çünki qiymət məsələsi çox vacib məsələdir”.

“Bugün bu qiymətlər həddən artıq yüksəkdir və biz heç bir siyasi çalarlar olmadan normal bazar səviyyəsində bunu tənzimləyə bilərdik”, - Putin bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)