Türkiyə gələn ildən turistlərdən 2% vergi alacaq
Türkiyə 2023-cü il yanvarın 1-dən yaşayış üçün 2% vergi tətbiq edəcək. Ödəniş bütün xidmətlər, o cümlədən mehmanxanalarda, qonaq evlərində və s tətbiq ediləcək.
Qeyd edək ki, qanun layihəsi 2019-cu ildə qəbul edilib, lakin covid və turist axınının azalması səbəbindən təxirə salınmışdı. Turistlərdən verginin dəqiq necə alınacağı hələlik bəlli deyil. Ola bilsin ki, o, dərhal xidmətlərə və yaşayış yerlərinin qiymətlərinə daxil ediləcək.