Ukrayna: "Düşmənin Belarusdan mümkün hücumuna hazırıq"
“Ukrayna qoşunları düşmənin Belarusdan mümkün hücumuna hazırdır. Əgər lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər”.
“RBK Ukraina” xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Belarus istiqamətindən ehtimal edilən istənilən hücumun qarşısını almağa hazırdır: "Hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır".
Xatırladaq ki, Belarusun siyasi və dövlət xadimi Pavel Latuşko Belarusun Ukraynaya hücum üçün Rusiya ilə birgə 120 minlik qoşun yarada biləcəyini söyləyib.