Sosial iqtisadiyyat

Dövlət rüsumu və xidmət haqqını əvvəlcədən hesablamaq olacaq

Azərbaycanda çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik şəkildə əvvəlcədən hesablamaq olacaq.

ENA.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki göstəriciləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləğ haqqında məlumatı əldə edə bilər.  Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

Elektron xidmətdən istifadə etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə ( https://e-emlak.gov.az/Calculator/ ) daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)