Gündəm

Ukrayna Müdafiə Nazirliyi Rusiyadan qisas alacağıına söz verdi

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumuna münasibət bildirib və revanş elan edib.

ENA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Telegram kanalında bildirilib.

Nazirlik qeyd edib ki, terrorçu ölkə Ukraynanın bir sıra şəhərlərini bombalayıb. Paytaxt Kiyev də kütləvi raket hücumlarına məruz qalıb, mülki infrastruktura hücum edilib.

"Ölkənin hər yerində hava hücumu davam edir. İnsanlar arasında itkilər, dağıntılar var. Rusiya Federasiyasının terror aksiyaları dinc əhaliyə qarşı yönəlib. Düşmən torpağımıza gətirdiyi ağrının və ölümün cəzasını alacaq! Biz qisas alacağıq”, - deyə Müdafiə Nazirliyi söz verib.

Eyni zamanda, müdafiə naziri Oleksiy Reznikov heç bir raket zərbəsinin Ukraynanı parçalamayacağını söyləyib.

"Bizim cəsarətimiz heç vaxt terrorçu raketlər tərəfindən məhv edilməyəcək, hətta paytaxtımızın ürəyinə dəysə belə. Onlar müttəfiqlərimizin də qətiyyətini sarsıtmayacaqlar. Onların dönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir - terrorçunun gələcəyidir. Yaramaz dövlət bütün dünyada tapdalanır”, - deyə o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)