Rusiyada "Telegram"a məhdudiyyət qoyuldu
Rusiyada "Telegram" mesencerinin işində problem yaranıb.
ENA.az-ın məlumatına görə, şikayətlərin 55 faizi "Telegram"ın ümumiyyətlə işləməməsi ilə bağlıdır.
23 faiz istifadəçi mesaj göndərə, 13 faizi isə mesaj ala bilmədiklərini deyiblər. Şikayətlər əsasən, Sankt-Peterburq, Volqoqrad və Moskvadan daxil olub.