Nüvə müharibəsi ehtimalı sürətlə artır - İlon Mask

"SpaceX" şirkətinin qurucusu İlon Mask nüvə müharibəsi riskinin artdığını bildirib.
ENA.az xəbər verir ki, bu barədə Mask öz "Twitter" səhifəsində yazıb.
"Nüvə müharibəsi ehtimalı sürətlə artır", - deyə o sosial media istifadəçilərindən birinə cavab olaraq bildirib.
Bundan əvvəl Mask Ukrayna üçün sülh planını açıqlayıb. O bildirib ki, Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərində BMT-nin nəzarəti altında seçkilər keçirilməlidir.