“Şərqi Mərkəzi Azəri” platforması beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb
“Şərqi Mərkəzi Azəri” (ACE) platforması beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb.
Bunu ACE-in layihə meneceri Nil Filips jurnalistlər üçün mediatur zamanı deyib.
Onun sözlərinə görə, bu şirkət Londonda yerləşir.
“ACE layihəsinin bütün tərəfdaşları risklərdən sığortalanmaqda maraqlıdır və biz SOCAR tərəfindən beynəlxalq sığorta strategiyasına uyğun olaraq risklərin sığortalanması üçün icazə almışıq”. – deyə o bildirib.