Vergilər və məcburi dövlət sosial sığorta üzrə yaranmış borc hansı sıra qaydası ilə ödənilir?
Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:
1) yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
2) hesablanmış faizlərin məbləği;
3) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc isə aşağıdakı sıra qaydası ilə ödənilir:
1) cari rüb üzrə borc;
2) cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
3) yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
4) yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait 2-4-cü sıra ardıcıllığında göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 88-ci maddəsi.