Gündəm

Putin sabah MDB liderlərilə görüşəcək

Oktyabrın 7-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

ENA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, MDB dövlət başçıları bir-birini illərdir tanıdıqları üçün Vladimir Putini yubileyi münasibətilə təbrik edəcəklər.

“Bir qayda olaraq, bunun üçün protokolda təbrik nəzərdə tutulmur.Və çox vaxt hədiyyələr protokollar vasitəsilə ötürülür. Təbii ki, MDB liderləri bir-birini illərdi tanıyır və insani olaraq, ad günü münasibətilə təbrik edəcəklər”, - Peskov bildirib.

Peskov həmçinin qeyd edib ki, cümə günü president Putinin gərgin iş günü olacaq.

Xatırladaq ki, sabah - 7 oktyabr tarixi Rusiya prezidenti Vladimir Putinin ad günüdür, onun 70 yaşı tamam olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)