“Facebook” yeni fərdiləşdirilmiş xəbər lentini sınaqdan keçirir
“Facebook” sosial şəbəkəsi istifadəçilərə xəbər lentini fərdiləşdirmək üçün yeni üsullar təklif etməyə başlayıb. Bu barədə platforma nümayəndələrinin bəyanatına istinadən “TechCrunch” texnologiya nəşri məlumat yayıb.
Oktyabrın 5-dən etibarən sosial şəbəkə test rejimində istifadəçilər üçün “Daha çox göstər” (Show more) və “Daha az göstər” (Show less) düymələrini istifadəyə verərək, xəbər lentini daha dəqiq sazlamaq imkanını yaradıb.
ENA.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Şirkətdən verilən məlumata görə, istifadəçi “Daha çox göstər” seçimini edərsə, sosial şəbəkə müvəqqəti olaraq həmin postun və ona bənzər bütün yazıların reytinqini yüksəldəcək. “Daha az göstər” düyməsini sıxarsa isə əksinə, aşağı salacaq.
İyulda məlum olub ki, növbəti yeniləmə çərçivəsində “Facebook” xidmət proqramındakı xəbər lentini iki yerə ayıracaq: birincidə dostlar, qruplar və istifadəçinin izlədiyi insanların paylaşımları olacaq, ikincidə isə alqoritmə, platformaya görə istifadəçinin bəyənə biləcəyi məzmun görünəcək.