Gündəm

İlkin mərhələdə Ağdama 10 min nəfər köçürüləcək

İlkin mərhələdə Ağdam şəhərinə təxminən 10 min nəfərin köçürülməsini planlaşdırırıq.

Bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Biz sadəcə olaraq hazırda ümumi maksimal potensial proqnozlardan çıxış edirik və yaşayış sahəsini də ona uyğun olaraq planlaşdırırıq. Paralel olaraq iş yerlərinin açılması ilə bağlı da işlər gedir. Bu bərpa proseslərində yaradılacaq yeni iş yerləri potensial iş yerləridir. Bundan başqa, həm kənd təsərrüfatında, həm yüngül sənayedə, qida sənayesində müəyyən iş yerləri yaradılacaq. Toplam olaraq ilkin mərhələdə təxminən 10 min nəfərin Ağdam şəhərinə köçürülməsini planlaşdırırıq”, – Prezidentin xüsusi nümayəndəsi bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)