“Bakı Metropoliteni”nin yeni stansiyası açılışa hazırlanır
“Bakı Metropoliteni”nin “Bənövşəyi” xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan “Avtovağzal-Xocəsən” sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
“Bu, hələlik “Xocəsən” stansiyasının açılması deməkdir. Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək”.