Azərbaycanla sülh danışıqlarına başlamaq lazımdır - Paşinyan
![](https://ena.az/uploads/news/2022-09/_ena_d46bfb97d78b67b08df4f9fda_o.jpg)
Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır.
ENA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan əldə olunan razılaşmalardan imtina etmir.
"Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan deyib.