Gündəm

Kremldə yeni ərazilərlə müqavilələr imzalandı - VİDEO

Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi başlayıb.

ENA.az xəbər verir ki, Rusiya mediası mərasimdən ilkin görüntüləri yayıb.

Görüntülərdən ölkənin müdafiə naziri Sergey Şoyqunun, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun və digər qonaqların mərasim keçirilən zala gəldiyini görmək mümkündür. 

Müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)