Vakansiyalar

Şirkət istehsal rəisi vəzifəsinə işçi axtarır - MAAŞ 2000-2500 AZN

İstehsal rəisi

 Son tarix 29 okt 2022 

Namizədə Tələblər:

  • Təhsil: Ali;
  • Yaş həddi: 30-45;
  • Kompüter biliyi: MS Office  (Word, Excel);1C proqramını bilənlərə üstünlük verilir;
  • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
  • İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 5-10 il təcrübə;

Vəzifə öhdəlikləri:

  • Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
  • İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;
  • Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;
  • Xammal stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə);
  • İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;
  • Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
  • İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
  •  Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;

Əmək haqqı: 2000-2500  AZN (təcrübəyə əsasən).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla cv.local.company@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department