İran ilk dəfə kəşfiyyat PUA-sını təqdim edib
İran Hərbi-Hava Qüvvələri ilk dəfə olaraq kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını təqdim edib.
Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Məlumata görə, “Şahab” adlı PUA 8 saat ərzində təqribən 3500 metr hündürlükdə uça bilir. Bununla yanaşı, “Şahab”ın uçuş radiusu 10 kilometr təşkil etsə də, kəşfiyyat əməliyyatları zamanı 200 kilometrə qədər artırıla bilər.