Gündəm

MN-in daha bir yüksəkvəzifəli şəxsi həbs edildi

Müdafiə Nazirliyinin tabeliyindəki Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Rəşad Məlikzadə həbs edilib.

ENA.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində onun barəsində  Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş vəsatətə baxılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. Onun 9 milyon manata yaxın pulu mənimsədiyi bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)