Blinken Paşinyanla görüşüb
ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
ENA.az xəbər verir ki, bu barədə Entoni Blinken öz "Twitter" hesabından məlumat paylaşıb.
"Biz Ermənistanın təhlükəsizliyini müzakirə etdik. Tərəfləri sülh prosesinə qoşulmağa çağırmaqda davam edirik, çünki Bakı və Yerevan arasında münaqişənin hərbi yolla həlli mümkün deyil", - Blinken yazıb.
O, görüşün sentyabrın 22-də baş tutduğunu bildirib.