Hadisə

Rusiyadan qaçırlar? Moskvadan Bakıya aviabiletlər tapılmır

Rusiya prezidenti Vladimir Putinin hərbi səfərbərlik elan etməsi nəticəsində Rusiyadan qaçışlar kəskin artıb. Rusiya vətəndaşlığı almış azərbaycanlıların da geriyə dönüşü kəskin hiss edilir. Vəziyyət o həddə çatıb ki, yaxın 3 günə Moskvadan Bakıya ancaq "VIP"sinif üçün aviabiletlər qalıb.

Yəni bütün biletlər alınıb. Ekonom sinfə yalnız sentyabrın 26-dan sonrakı tarixlərə bilet tapmaq mümkündür. Qeyd edək ki, biletin bir tərəfə qiyməti 814 avrodan başlayır. Digər aviaşirkətlərdə də analoji vəziyyət müşahidə olunur. Növbəti uçuşlar üçün Moskvadan Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan və digər vizasız qonşu ölkələrə aviabiletlərin qiyməti başa çatıb.

BBC-nin Moskvadakı müxbiri Uill Vernon bildirib ki, bu bəyanat rusları narahat edir. Vernonun sözlərinə görə, bir çox rusiyalılar, xüsusən də gənc mütəxəssislər mümkün qədər tez ölkəni tərk etməyə çalışacaqlar. Vernon bildirib ki, qərardan sonra Rusiya birjası kəskin ucuzlaşıb, xaricə aviabilet satışında artım müşahidə olunub. “Airport Haber”in verdiyi xəbərə görə, Putinin qərarından sonra Türk Hava Yollarının Rusiyadan Türkiyəyə təşkil etdiyi uçuşların biletləri qısa zamanda satılıb.

TASS xəbər verir ki, hərbi səfərbərlik barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib. Və bu Putinin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)